25 iyun 2024-cü il saat 11.00-da “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binada baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
1.“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2023-cü il üzrə hesabatının təsdiqi.
2. Baş direktorun yenidən təsdiqi.
3. Digər təşkilati məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Hövsan qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir.