“Azərbaycanda cəmi 3 sənəd təqdim etməklə hansısa qiymətli kağızların listinqə daxil edilməsi mümkündür. Bizdə bu proses çox sadədir”.
Eləcə də bax: “Bakı Fond Birjası”: Özəl şirkətlərdə - Maliyyə Menecmenti Zəifdir
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev deyib.
“Halbuki, qonşu ölkələrdə əlavə nə qədər sənəd tələb edirlər. Dünya Bankının “Doing Business” hesabatında da qeyd olunub ki, regionda ən sadə listinq prosesi Azərbaycandadır”, - deyə o, qeyd edib. (Report)