“Biz ötən il yeni, 3 illik strateji plan hazırladıq və ona əsasən korporativ sektora üstünlük verdik”.
Eləcə də bax: “Bakı Fond Birjası”ndan xalis mənfəətinin kəskin azalmasına - Münasibət
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev deyib.
“Birjada korporativ sektorun aktivliyi daha çox onun özündən asılıdır. Biz araşdırma apardıq və gördük ki, özəl şirkətlərdə maliyyə menecmenti zəifdir. Onlar özləri oturub hesablamalıdırlar ki, bankdan kredit almaq yoxsa istiqraz buraxmaqla vəsait cəlb etmək sərfəlidir? Sizə nümunə olaraq “AzerGold” QSC-ni göstərə bilərəm. Onlar xarici valyutada istiqraz buraxmışdılar. Həmin qiymətli kağızlara 1-ci dəfə o qədər yüksək tələb oldu ki, şirkət 2-ci dəfə çox aşağı faizlə vəsait cəlb etdi. Çünki onların maliyyə menecmenti güclüdür", - deyə Birja rəhbəri qeyd edib.
"Azərbaycanda banklardan vəsait cəlb etmək çətin deyil. Amma mən inanmıram ki, banklar balans hesabatını göstərməyən və yaxud zərərlə işləyən şirkətə vəsait ayırsln. Çünki banklarda risk menecmenti yüksək səviyyədə işləyir", - deyə E.Abdullayev əlavə edib.