2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Ekspress-C” ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2001023608 dövlət qeydiyyat nömrəli, 2 mln. manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: “EKSPRESS-C” 4 milyon manatlıq istiqrazların emissiyasını - PLANLAŞDIRIR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5% , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2000 000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2000 000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.