Dünyanın fond bazarlarında səhm və istiqrazların qiyməti aprel ayından sentyabradək 44 trilyon dollar ucuzlaşaraq 210 trilyon dollara enib.
Eləcə də bax: “Tesla” səhmləri Maskın Ukrayna ilə bağlı tvitindən sonra - 9% UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə Yaponiyanın «Nikkei» qəzeti ekspert hesablamalarına əsasən məlumat yayıb.
Rüblük ifadədə götürəndə bu - səhm bazarlarının tarixində ən böyük qiymət itkisi deməkdir.
Hesablamalara görə, bu dövrdə dünyadakı istiqrazların ümumi qiyməti 20 trilyon dollar ucuzlaşaraq 125 trilyon dollara enib. Səhmlər isə 24 trilyon dollar dəyər itirib və indi dünyadakı bütün səhmlərin qiyməti 86 trilyon təşkil edir.
Ekspertlər bu ucuzlaşmanın səbəbini inkişaf etmiş ölkələrin əksəriyyətində kredit dərəcəsinin artırılması ilə izah edirlər. Belə qərarlar inflyasiyaya qarşı mübarizə üçün verilsə də, son nəticədə iqtisadi artımı zəiflədir və fond bazarlarına zərər vurur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.