Dünya bazarında almaz və brilyantların qiymətləri son 6 ayda 5-10 faiz bahalaşıb.
Aparıcı banklardan 2026-ci il proqnozları: Qızılın qiyməti necə dəyişəcək?
FED.az xəbər verir ki, bu barədə «Moneymatika» şirkətinin baş direktoru Maksim Molderf bildirib.
"Son altı ayda dəbli və iri brilyantların qiyməti 5-10% artıb, digər kateqoriyalar isə ötən ilin ortalarında sabitləşib. Bu arada, aşağı qiymət seqmentində olan brilyantların qiymətləri, əksinə, azalmaqda davam edir».
Azərbaycanda 1 qramlıq qızıl külçə - SATIŞI BAŞLANDI – QİYMƏT - FOTOLAR
Söhbət süni almazların qiymətlərindən gedir – buna səbəb həmin brilantların istehsalının və təklifinin artmasıdır.
Təbii brilyantlar isə əksinə, bahalaşır və alıcılar üçün həm də investisiya fürsətinə çevrilir.
Brilyantların bahalaşmasının səbəbi təbii almazların nadir olmasıdır. Molderf bildirib ki, 2017-2023-cü illər arasında dünyada almaz hasilatı 39 milyon karat azalıb. Məsələ bundadır ki, dünyadakı bütün almazların 90%-dən çoxu yalnız altı ölkədə hasil edilir və bəzi yataqlar artıq tükənməyə yaxındır-deyə ekspert bildirir.
Mütəxəssis qeyd edir ki, almazı mədəndə hasil etmək getdikcə bahalaşır və tədarük hər il azalır - bu, qiymətləri artıran əsas amildir. Onun fikrincə, brilyant pulun ən yığcam və likvid formalarından biri olaraq qalır.
«Onlar, əslində, kapitalın ən mobil formasıdır: onları saxlamaq, daşımaq və hətta geyinmək asandır. İnvestisiya daşı zərgərlikdə istifadə olunarsa, onun investisiya xassələri itirilmir - o, eyni aktiv olaraq qalır», ekspert qeyd edib.
Yeri gəlmişkən, böyük daşlar daha yüksək gəlir gətirir - onlar ən nadir, ən çox axtarılan və sintetik bazarın təsirinə ən az həssas olanlardır. Yəni süni almazlar daha çox kiçik ölçülərdə istehsal olunduğuna görə, iri almazları əvəz etmək mümkün deyil.
"Ümumilikdə, brilyantlar öz pullarını inflyasiya və valyuta risklərindən qorumaq istəyənləri cəlb edir. Onlar dollarla ifadə edilir, lakin istənilən valyutada asanlıqla satılır. Digər bir üstünlük onların birjadakı dalğalanmalara qarşı aşağı həssaslığıdır. Yəni birjadakı artıb-azalmalar brilyantların qiymətinə ciddi təsir etmir. Üstəlik, bir çox brilyant sahibləri üçün brilyantlar təkcə maliyyə deyil, həm də emosional dəyərə malikdir: onlar zərgərlik əşyalarıdır, hələ də onların dəyərini aşağı salmaq mümkün deyil» - deyə Molderf bildirir.
Yeri gəlmişkən, son məlumatlara görə, dünyada brilyantın qiymətlərpi geniş diapazonda dəyişir. Belə ki, 1 karat ölçüsü olan təbii brilyantın qiyməti 1600 dollardan 22 min dollaradək dəyişə bilər.













