Azərbaycanda qızıla tələbatın artması fonunda ilk dəfə olaraq 1 qramlıq qızıl külçələrin satışı başlayıb.
Qızıl yenidən 4 min dolları keçdi - QİYMƏT BAHALAŞDI
FED.az xəbər verir ki, ölkədə qızıl hasilatı və istehsalı ilə məşğul olan “AzerGold” QSC yerli bazarda qızıl külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul çeşidini genişləndirib.
Dövlət şirkəti bu gün yerli – Azərbaycanın qızıl xammalından hazırlanan yeni 1 qramlıq qızıl külçələri satışa çıxarıb. Məqsəd qızıl investisiyasını əhali üçün daha əlçatan və sərfəli etməkdir.
Xatırladaq kİ, son aylar dünya bazarında qızılın qiymətinin kəskin bahalaşması fonunda, fiziki qızıla investisiya da etibarlı sərmayə aləti sayılır. “AzerGold”un 1 qramlıq külçələri də, məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı yaratmaqla fərqlənir.
Yeni külçənin ölçüləri – hündürlüyü 18 milli metr, eni 11,4 milli metr, qalınlığı isə 0,6 milli metrdir. Külçənin hazırlandığı qızılın əyarı 999,9-dur. 1 qramlıq qızıl külçələrinin qiyməti 255 manatdır. Hazırki məzənnə ilə bu 150 dollara bərabərdir.
Yeni 1 qramlıq külçələri “AzerGold”un rəsmi satış nöqtəsi olan – Satış və mübadilə mərkəzindən və onlayn platforması olan www.azergold.gift vasitəsilə almaq olar.




![Azərbaycanda 1 qramlıq qızıl külçə - [red]SATIŞI BAŞLANDI – QİYMƏT - FOTOLAR[/red] | FED.az](upload/news/small/3870496.jpg)
![Azərbaycanda 1 qramlıq qızıl külçə - [red]SATIŞI BAŞLANDI – QİYMƏT - FOTOLAR[/red] | FED.az](upload/news/small/389216.png)
![Azərbaycanda 1 qramlıq qızıl külçə - [red]SATIŞI BAŞLANDI – QİYMƏT - FOTOLAR[/red] | FED.az](upload/news/small/29509.png)
![Azərbaycanda 1 qramlıq qızıl külçə - [red]SATIŞI BAŞLANDI – QİYMƏT - FOTOLAR[/red] | FED.az](upload/news/small/168798.png)









