Amerika Fond bazarınin indeksi və ayrı-ayrı şirkətlərin səhmlərinin qiyməti iyun ayından bəri ən böyük enmə ilə üzləşib.
Eləcə də bax: ABŞ fond bazarı və “Apple” səhmləri - Çöküb
FED.az xəbər verir ki, cəmi 7 şirkətin bazar kapitalının azalmasınnı həcmi Norveçin Ümumdaxili Məhsuluna bərabərdir. Aanalitiklər bildirirlər ki, bəzi şirkətlərin səhmlərinin qiyməti həddən artıq şişirdilib və baş verənlər indiyədək yaranmış «köpüyün» partlamasıdır.
Amerikanın Fond birjasında son 30 ilin ən yaxşı artımının müşahidə edildiyi bu ilin avqustundan sonra bu gün sentyabrın 4-də birja çöküşü baş verib. NASDAQ indeksi təqribən 5%, S&P 500 indeksi 3,52%, «Dow Jones» indeksi isə 2,79% aşağı düşüb. Ən maraqlısı da odurki, başqa vaxtlarda baş verən çöküşlərdən fərqli olaraq, bu gün birjaların çökməsinə səbəb olacaq heç bir xəbər yayılmayıb. Yəni birjanın çökməsi gözlənilməz olub.
Bəzi şirkətlərin səhmləri daha kəskin ucuzlaşıb. Məsələn, «Apple»in səhmləri cəmi bir ticarət sessiyasında 7,9%, «Tesla»nın isə 9%-dən çox ucuzlaşıb. Nəticədə ABŞ-ın 7 iri texnoloji şirkətinin - «Apple», «Facebook», «Google», «Microsoft», «Amazon», «Netflix» və «Nvidia»nın səhmlərinin qiyməti ümumilikdə 400 milyard dollar aşağı düşüb. Bu Norveçin bir illik iqtisadiyyatı həcmindədir.
Analitiklər hesab edir ki, belə kəskin enmə səhm bazarında son vaxtlar yaranmış «birja köpüyü»nün partlamasıdır.
Məsələ bundadır ki, mart aynıdan başlayaraq, hansı ki, həmni vaxt ABŞ şirkətlərnin səhmləri «dibə» enmişdi, texnoloji şirkətlərin səhmləri sürətlə bahalaşmağa başladı. Baş verən və davam edən pandemiyaya və problemlərə baxmayaraq qiymət artımı indiyədək davam edir. Məsələn, o vaxtdan indiyədək «Amazon»un səhmləri 2 dəfə bahalaşaraq $1676-dan $3368-a yüksəlib. «Apple» da təqribən 2 dəfə bahalaşıb, son illərin fenomeni sayılan «Tesla» isə ümumiyyətlə 4 dəfəyə yaxın 363% bahalaşıb.
«Tactical Alpha» şirkətinin analitiki Alek Yanq bildirir ki, belə artımın əsas səbəblərindən biri bazara qeyri-peşəkar investorların axışması, yəni şirkətlərin səhmlərinin kütləvi surətdə alınması olub. Məsələ bundadır ki, koronavirus pandemiyasına görə işsiz qalan, amma hökumətdən pul yardımı alan amerikalıların bir hissəsi həmin pulları səhmlərə yatırmağa başlayıblar. Bununla da bazarda «birja köpüyü» yaranıb.
Ümumiyətlə son bir neçə ayda ABŞ-ın birja indekslərinin 175 artımı baş verib ki, onun da 70%-i 4 şirkətin hesabına olub.
Amma çökməyə baxmayaraq analitiklər əmindir ki, bu qısa müddətli olacaq və texnoloji şirkətlərin səhmləri investorlar üçün öz cəlbediciliyini qoruyub saxlayacaqlar.