Azərbaycanda dövlət qiymətli kağızlar bazarı 1 milyard manat böyüyüb.
Bakı Fond Birjasında - 15 Milyard Manata Yaxın Əməliyyat!
FED.az Bakı Fond Birjaksına istinadən xəbər verir ki, 2022-ci ildə Birjada 8,3 milyard manatlıq dövlət istiqrazları ilə əməliyyat aparıb. 2021-ci ildə bu göstərici 7,3 milyprd manat idi.
2022-ci ildə dövlət qurumları - Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən ümumilikdə 7,3 milyard manatlıq qiymətli kağız buraxılıb. Bu rəqəm 2021-ciillə müqayisədə 112 milyon manat (və ya 1,8%) artıqdır.
Təkcə Maliyyə Nazirliyinin buraxdığı qiymətli kağızlar – istiqrazlarnın həcmi 2022-ci ildə 2 milyard 406 milyon manat olub. Bu 2021-ci illə müqayisədə 909 milyon manat və ya 60% artıqdır.
Mərkəzi Bankın qiymətli kağızları – notları isə 4 milyard 897 milyon manat olub. Bu 2021-ci illə müqayisədə 206 milyon manat artıqdır.
Dövlət qiymətli kağızlarının təkrar bazarı isə kiçilib. 2022-ci ildə bu qiymətli kağızlar üzrə təkrar bazarın həcmi 1 milyard 8 milyon manat olub. Bu 2021-ci illə müqayisədə 90 milyon manat azdır.
Bununla yanaşıf qeyd edək ki, Maliyyə Nazirliyinin istiqrazları üzrə təkrar bazar 30% azalaraq 955 milyon manatdan 657 milyon manata endiyi halda, AMB-nin notları üzrə təkrar bazar 143 milyondan 351 milyon manata yüksəlib.