Ticarət məlumatlarına görə, cümə axşamı günortadan sonra dollar əsas dünya valyutaları qarşısında ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımı sürətinin yavaşlayacağını gözləyirlər.
FED sədrinin çıxışı Dollar indeksinin geriləməsinə səbəb olub - İnvestAZ TƏQDİM EDİR
Bakı vaxtı ilə saat 16:30 olan məlumata görə, Avro/Dollar məzənnəsi əvvəlki bağlanış 1,0423 dollardan 1,0454 dollara yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
Dollar/yen məzənnəsi 138,03 yendən 136,23 yenə düşüb.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan 6 ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,38% azalaraq 105,54 bənd təşkil edib.
Bazarlar FED-in rəhbəri Cerom Pauelin çərşənbə günü baş tutan çıxışını qiymətləndirir. Pauell, mərkəzi bankın faizin artırılmasını yavaşlatmağı "riskləri tarazlaşdırmaq üçün yaxşı bir yol" olaraq gördüyünü söyləyib.
CME Group-un məlumatına görə, hazırda analitiklərin 79%-dən çoxu FED-in faizlərini 75 baza bəndi deyil, 50 baza bəndi artıraraq illik 4,25-4,5% aralığına qaldıracağını gözləyirlər. Yəni, FED-in faiz artırmağı yavaşladacağı proqnozlaşdırılır. Bundan əvvəl FED, ardıcıl 4 dəfə faizlərini 75 baza bəndi artırmışdı. (Marja)