Qırmızı Xaç təşkilatının Danimarkadakı filialı, dünyada ilk dəfə vulkan püskürməsi sığortası istiqrazlarını buraxacaq.
Hökumət ötən il sakitcə - 100 MİLYON DOLLARLIQ İSTİQRAZ BURAXIB – MƏLUMAT AÇIQLANMIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, layihə tərəfdaşları bu qiymətli kağızlar hesabına təşkilat üçün 3 milyon dollara qədər vəsait toplamağı gözləyirlər.
Söhbət fəlakətli istiqrazların buraxılışından gedir. Onların sahibləri yüksək gəlir əldə edirlər, lakin təbii fəlakət, epidemiya və s. hadisə baş verdikdə, investor yatırımlarının bir hissəsini itirir.
“Bloomberg”in qeyd etdiyi kimi, “Vulkanik istiqrazların” ilk investorları “Schroder Investment Management” və “Plenum Investments” olacaq. Onlar sığorta ilə əlaqəli qiymətli kağızlar üzrə ixtisaslaşırlar.
Yeni növ istiqraz layihəsi, Meksikadakı Popokatepetl və Kolumbiyadakı Nevado-del-Ruis da daxil olmaqla, 10 vulkanın püskürməsindən sığortanı təmin edir. Siyahıda həmçinin Kamerun, Çili, Ekvador, Qvatemala və İndoneziyanın vulkanları yer alıb. İlk növbədə ən böyük təhlükə yaradan – 100 km radiusunda minimum 700 min insanın yaşadığı vulkanlardan söhbət gedir.
Təşkilat bildirib ki, toplanan vəsait vulkan püskürmələrin yaratdığı fəsadların azaltma tədbirlərinə xərclənəcək. Bildiyimiz kimi, bu fenomen insanların ölümünə səbəb olur, əkinçiliyə və heyvandarlığa zərər verir.
Daha əvvəl “Bloomberg” Dünya Bankının pandemiya istiqrazlarının sahiblərinin koronavirusa görə böyük itki verdiklərini yazmışdır. 2020-ci ilin aprelində bu qiymətli kağızlar üzərindən təxminən 133 milyon dollar silinib.
Dünya Bankı ilk pandemiya istiqrazlarını 2017-ci ildə yerləşdirib və bunun sayəsində 320 milyon dollar qazanıb. Toplanan vəsait koronavirusla əlaqəli olan, o cümlədən Ebola və digər ona oxşar xəstəliklərlə mübarizəyə xərclənib.