Azərbaycanda daha bir şirkət borc məsələsini qiymətli kağızlar bazarı vasitəsilə həll etməyə çalışır.
Eləcə də bax: Azərbaycanda məşhur şirkət ili 12%-lə 1 milyon manat - BORC ALIR - ŞƏRTLƏR
FED.az xəbər verir ki, iyunun 2-də «BOKT İnternational» QSC-nin istiqrazları Bakı Fond Birjasında (BFB) listinqə daxil edilib.
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı BOKT International QSC-nin ümumi dəyəri 2 000 000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. İstiqrazlar iyunn 7-də rəqabətli hərrac üsulu ilə Bakı Fond Birjasında satılacaq.
«BOKT İnternational» QSC-in istiqrazlarını almazdan əvvəl onun vəziyyəti ilə tanış olmaq lazımdır: «BOKT İnternational» QSC - İstiqrazların emissiya prospekti
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
Q/k-ın Ticarətə buraxılma tarixi |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2004021021 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
07.06.2022 |
20,000 (ədəd |
100 AZN
|
13 % |
18 ay |
3 aydan bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.