Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Eləcə də bax: «Paşa Kapital»ın əməliyyatları və bazar payı - KƏSKİN AZALIB – RƏQƏMLƏR
FED.az xəbər verir ki, 2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac iyunun 7-də Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
Ticarətə buraxlma tarixi |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2005019164 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
1,000 (ədəd) |
1,000 manat |
07.06.2022 |
12% |
2 il |
Hər 6 aydan bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.