«CPM-İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi azalıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar ayında şirkətin birja dövriyyəsi 155,4 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 37,8% azalıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 29,8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 46,3 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 8,2 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 71,1 milyon manat, səhmləri isə 13,5 min manat olub.
Cari ildə«CPM İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları dövriyyəsi 20%, dövlət istiqrazları üzrə əməliyyatları dövriyyəsi 20,3%, repo əməliyyatları dövriyyəsi 2,1 dəfə, səhm əməliyyatları dövriyyəsi 69,5 dəfə azalıb, korporativ istiqrazlar üzrə əməliyyatların dövriyyəsi 36,2% artıb,
Bu il «CPM İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 25,4% azalarq 291-dən 217-yə düşüb.