«Assist Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi kəskin artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar ayında şirkətin birja dövriyyəsi 490,8 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 211,4 dəfə artıb.
Bu dövrdə investisiya şirkətinin AMB-nin notları üzrə dövriyyəsi 11,4 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 21,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 105,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 351.8 milyon manat, səhmləri isə 680,1 min manat olub.
Cari ildə «Assist Finance İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 7,6 dəfə, korporativ istiqrazlar üzrə əməliyyatlar 128,3 dəfə artıb.
Şirkətin ötən ilin eyni dövründə dövlət istiqrazları, səhm və repo əməliyyatları olmayıb.
Bu il «Assist Finance İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 38 dəfə artaraq 3-dən 114-ə yüksəlib.
Qeyd edək ki, ötən il "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin adı "Assist Finance İnvestisiya Şirkəti"nə dəyişdirilib.