Bu ilin yanvar-fevral aylarında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 608 milyon 917 min manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 160 milyon 973 min manat və ya 35,9% çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 52 milyon 779 min manat,dövlət istiqrazları üzrə dövriyyə 230 milyon 765 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 9 milyon 958 min manat, səhm əməliyyatları üzrə dövriyyə 31,8 min manat, repo əməliyyatları üzrə dövriyyə 315 milyon 383 min manat təşkil edib.
Əməliyyat sayı isə 712 təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 15 milyon 450 min manat (41,4%), dövlət istiqrazları üzrə dövriyyə 138 milyon 773 min manat (2,5 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 5 milyon 140 min manat (2,1 dəfə) artıb, səhm əməliyyatları üzrə dövriyyə 1 milyon 199 min manat (38,7 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 2 milyon 810 min manat (0,9%) artıb.
Əməliyyat sayında isə 230 ədəd və ya 47,7% artım qeydə alınıb.