23 dekabr 2022-ci il tarixində “CPM İnvestisiya Şirkəti” ASC ümumi dəyəri 400 min manat olan səhmləri Bakı Fond Birjasında (BFB) abunə yazılışı üsulu ilə satışa çıxarılacaq.
«Viator Mikro Kredit Azərbaycan» illik 14% qazancla - İSTİQRAZ BURAXIR - ŞƏRTLƏR
FED.az xatırladır ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə bu şirkətin səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Səhmlərin yerləşdirilməsi 7 (yeddi) iş günü ərzində başa çatdırılacaqdır. Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir: ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi, daha sonra isə digər investorlar arasında səhmlərin yerləşdirilməsi baş tutacaqdır.
Başqa sözlə, ilk 2 gün ərzində səhmləri şirkətin indiki sahibləri ala biləcək, sonrakı günlərdə isə (səhmlərin hamısı satılmasa) bu kağızları başqa investorlar da ala biləcək.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Dövlət qeydiyyat nömrəsi – İSİN | Səhmlərin növü və forması | Səhmlərin sayı | Nominal Dəyəri | 
 Yerləşdirmə forması | Q/k-ın Ticarətə buraxılma tarixi | 
 Anderrayter 
 | 
| AZ1001023204 | Adi adlı sənədsiz səhm | 400,000 (ədəd) | 1,000 manat | Abunə yazılışı üsulu | 
 23.12.2022 | “CPM İnvestisiya Şirkəti” ASC | 
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








