Azərbaycanın aparıcı investisiya şirkətlərindən olan “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin (VÖEN: 1405409161) yeganə səhmdarının qərarı ilə şirkətin nizamnamə kapitalı azaldılıb.
«CPM İnvestisiya Şirkəti»nin səhmləri - BİRJADA SATIŞA ÇIXARILIR - QİYMƏT
FED.az xəbər verir ki, son dövrlər əməliyyatlarının həcmi və bazar payı sürətlə böyüyən şirkətin nizamnamə kapitalının azaldılmasının səbəbi açıqlanmayıb. Paralel olaraq şirkətpin nizamnamə sinə də dəyişiklik edilib və səhmlərinin bir hissəsinin dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, indiyədək şirkətin kapitalı 810 min manat idi, bunun 410 min manatı toplanmış xalis mənfəət, 400 min manat isə nizamnamə kapitalı idi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.