“CPM-Invest İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına Eldar Abdullayevin sədr təyin edilməsindən sonra yeni dəyişiklər də baş tutub.
Bakı Fond Birjasının sabiq sədri investisiya şirkətinin Müşahidə Şurasına sədr təyin edildi
FED.az xəbər verir ki, indiyə qədər Müşahidə Şurasının sədri olan Xəyal İsmayılov Vahid oğlu üzv seçilib.
Xəqani Hüseynov Vaqif oğlu Müşahidə Şurasının üzvlüyündən ayrılıb.
Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var.
Onun səhmlərinin 1 yanvar 2023-cü il tarixinə olan açıqlamaya görə 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir. (Banker.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.