Bakı Fond Birjasının sabiq sədri Eldar Abdullayev investisiya şirkətinin Müşahidə Şurasına sədrlik edəcək.
Bakı Fond Birjasında - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, o, “CPM-Invest Investisiya Şirkəti” ASC-nin səhmdarlarının qərarı ilə Müşahidə Şurasına sədr seçilib.
Buna qədər “CPM-Invest İ.Ş.”-nin Müşahidə Şurasının sədri Xəyal İsmayılov Vahid oğlu idi.
E.Abdullayev 2023-cü ilin dekabrına qədər Bakı Fond Birjasının İdarə Heyətinin müvəqqəti sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var.
Onun səhmlərinin 1 yanvar 2023-cü il tarixinə olan açıqlamaya görə 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir. (Banker.az)