30 iyun 2020-ci il saat 11.00-da Bakı şəhəri ,Bakıxa-nov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda “Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Eləcəd ə bax: "Bank Respublika" 20,4 milyon manatı səhmdarlar arasında bölüşdürəcək - İCLAS
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin 2019-cu il üzrə illik hesabatının təsdiqi və 2019-cu ilin nəticələri üzrə dividendlərin verilməsi məsələləri daxildir.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər.
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir.
Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.Ünvan-Bakı, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A, Badukubə şadlıq evi.