Çinin ən böyük investisiya banklarından biri olan «China Renaissance»ın təsisçisi yoxa çıxandan sonra səhmləri 50% ucuzlaşıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, "China Renaissance Holdings"in səhmləri cümə günü Honq-Konqda birjanın açılışında 50% ucuzlaşaraq hər səhm üçün 5 Honq-Konq dollarına düşüb. Bu, səhm üçün tarixi minimumdur. Səhmlərin çökməsinə səbəb investisiya bankının təsisçisi və baş direktoru Bao Fan ilə əlaqə saxlaya bilmədiyi mesajı olub.
Sahibkarrın yoxa çıxması barədə məlumat birjanın saytında fevralın 16-da axşam saatlarında yayılıb: «İdarə Heyəti, Bao Fanın əlçatmazlığının qrupun normal şəkildə davam edən biznesi və/yaxud əməliyyatları ilə əlaqəli olduğunu və ya ola biləcəyini göstərən hər hansı məlumatdan xəbərdar deyil»-deyə bildirib.
Daha sonra ticarət zamanı səhmlər bir qədər bahalaşıb: Honq-Konqda ticarətin bağlanışında onlar 7,18 Honq-Konq dollarına yüasəlib. Amma bu da dünənki qiymətdən 28% ucuzdur.
Qeyd edək ki, Çin texnoloji şirkətlərində bum zamanı biznes quran itkin düşən investisiya bankiri, Çin rəhbəri Xi Jinping-in təxminən on il əvvəl başladığı anti-korrupsiya kampaniyasında bir müddət yoxa çıxan sahibkarlardan növbətisi olub.
Müxtəlif vaxtlarda bu siyahıya tikinti maqnatı Ren Zhiqiang, Fosun investisiya holdinqinin milyarder rəhbəri Guo Guangchang, maliyyəçi Xiao Jianhua, ucuz geyim istehsalçısı Shanghai Metersbonwe Fashion & Accessories Zhou Chengjian və hətta bir vaxtlar Çinin ən zəngin adamı, Alibaba-nın qurucusu Cek Ma daxil idi.
Amerikalı Forbes yazır ki, şirkətin öz bəyanatında istifadə etdiyi Bao Fanın əlçatmazlığı ilə bağlı sözlər Çində tez-tez istintaqda iştirak edən insanlar haqqında istifadə edilir.
Eyni zamanda, itkin düşən şəxsin cinayətdə şübhəli olması da olmaya bilər - bəzi hallarda o, istintaqda səlahiyyətlilərə kömək edə bilər. Məsələn, Guo Guangchang 2015-ci ildə itkin düşəndə «Fosun» şirkəti elan etmişdi ki, rəhbəri «müəyyən istintaqda istintaq orqanlarına kömək edib». Bir neçə gün sonra isə milyarder yenidən ictimaiyyət qarşısına çıxıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür