Çinin Mərkəzi Bankı Britaniya şirkətlərinin səhmlərini böyük həcmdə almağa başlayıb.
Eləcə də bax: Rusiya və Çin "Boeing" və "Airbus"la rəqabət aparacaq - Təyyarə Hazırlayır
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu şirkətlər arasında səhmləri London birjasında satılan ən böyük şirkətlər də var. «The Sunday Telegraph»ın məlumatına görə, hazırda Çin Xalq Bankı Britaniya şirkətlərinin ümumilikdə 17 milyard dollarlıq səhminə sahibdir. Məsələn, hazırda «BP» və «Royal Dutch Shell» neft şirkətlərinin 1,5%-i, mobil rabitə operatoru «Vodafone» və 2 dağ mədən şirkəti «BHP» və «Anglo American»ın hərəyə 1% səhminə sahibdir.
Ümumilikdə Çin Xalq Bankı Britaniyanın 100-dən artıq şirkətinin səhminə sahibdir. Bunlar əsasən enerji və mədən şirkətləridir.