Rusiya və Çin birgə olaraq genişgövdəli uzaq məsafəli CR929 təyyarəsinin tikintisinə başlayıb. Təyyarə Çində hazırlanır.
Eləcə də bax: Türkiyənin ilk pilotsuz hərbi təyyarəsi hazırlanacaq - Səlcuq Bayraktar
FED.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, bütün hazırlıq işləri artıq başa çatıb və ilk təyyarənin tikintisinə start verilib.
Məlumata görə, Rusiya və Çin CR929-un yaradılması üzrə planlarını 2025-2027 illər ərzində reallaşdırmaq niyyətindədirlər. Planlara əsasən, 250-300 sərnişin tutumlu CR929 dünyanın aparıcı istehsalçılarının (Avropanın "Airbus" və ABŞ-ın "Boeing" şirkətləri) təyyarələri ilə rəqabət aparacaq və təkcə Rusiya və Çinin deyil, həm də digər ölkələrdə əhəmiyyətli bazar payına sahib olacaq.
Qeyd olunur ki, proqramın dəyəri hazırda 13-20 mlrd. ABŞ dolları civarında qiymətləndirilir. (Apa)