Bu ilin yanvar-sentyabr aylarında “CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin birjadakı ümumi dövriyyəsinin həcmi 1 milyard 417,3 milyon manat olub.
AMB “CFI Financial İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsində repo əməliyyatlarının payı olmayıb. Halbuki ötən ilin eyni dövründə şirkətin repo əməliyyatlarının həcmi 179,4 milyon manat olmuşdu.
Hesabat dövründə QSC-nin dövlət istiqrazları ilə dövriyyəsinin həcmi 3 milyon manat olub. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarında nəzərən 9,9 milyon manat (4,3 dəfə) azalma deməkdir.
Bundan başqa, korporativ istiqrazlar ilə dövriyyənin həcmi 2,4 milyon manata bərabər olmaqla, ilik müqayisədə 5,9 milyon manat (3,5 dəfə) azalıb.














