2025-ci ilin ilk yarısında “CFI FİNANCİAL İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ciddi şəkildə azalıb.
«Capital Partners»ın əməliyyat həcmi 2025-ci ilin ilk yarısında kəskin azalıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, ARMB qiymətli kağızları bazarında şirkət ümumiyyətlə heç bir əməliyyat aparmayıb. 2024-cü ilin ilk yarısında bu seqmentdə 183,4 milyon manatlıq ticarət həyata keçirilmişdi. Beləliklə, bu sahədə 100%-lik azalma baş verib.
Dövlət istiqrazları üzrə əməliyyatlar 223,4 milyon manatdan 12,9 milyon manata düşüb. Bu da təxminən 210,5 milyon manatlıq azalma, yəni 94% geriləmə ilə nəticələnib.
Korporativ istiqrazlar seqmentində də ciddi azalma qeydə alınıb. 104 milyon manatlıq əməliyyat 8,3 milyon manata qədər azalıb ki, bu da təxminən 96%-lik azalma deməkdir.
Səhm bazarında isə şirkətin fəaliyyətində tam dayanma müşahidə olunub. 2024-cü ilin yanvar–iyun aylarında 11,2 milyon manatlıq əməliyyat aparılan bu sahədə 2025-ci ildə heç bir ticarət qeydə alınmayıb.
Repo bazarında isə dövriyyə 775 milyon manatdan 168,5 milyon manata enib. Bu, 607 milyon manatlıq azalma, yəni 78%-lik geriləmə ilə xarakterizə olunur.
Ümumilikdə, şirkətin 2025-ci ilin ilk yarısında ümumi əməliyyat həcmi 189,8 milyon manat olub ki, bu da 2024-cü ilin 1,3 milyard manatlıq göstəricisindən təxminən 85% azalma deməkdir.
Əməliyyatların sayı baxımından da kəskin geriləmə var. 2024-cü ildə 1 139 əməliyyat həyata keçirilmişdisə, 2025-ci ilin ilk yarısında bu rəqəm cəmi 74-ə enib ki, bu da təxminən 93% azalmadır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.