Hindistan hökuməti virtual aktivlərlə əməliyyatlardan əldə edilən gəlirləri 30% vergiyə cəlb edəcək. Söhbət kriptovalyutalar və NFT ilə əməliyyatlardan gedir.
Eləcə də bax: Azərbaycanda kriptovalyuta - Qadağan Oluna Bilər?
FED.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Nirmala Sitxaraman bildirib. Onun sözlərinə görə, bu vergi hesablananda heç bir güzəşt edilməyəcək. Sadəcə aktivin (yəni kriptovalyutanın) alınması üçün xərclənən vəsait gəlirdən çıxılacaq və qalan məbləğdən vergi tutulacaq: «Əgər kriptovalyuta alındığından ucuz qiymət satılıbsa, buradakı itki digər gəlirlərə şamil edilməyəcək və əvəzləşdirilə bilməyəcək. Hətta kriptovalyuta bağışlansa da, vergi tutulacaq»-deyə maliyyə naziri bildirib.
Qeyd edək ki, hazırdap Hindistanda kriptovalyutalarla əməliyyatlar görünməmiş sürətlə artır. «Bu əməliyyatların miqyası və tezliyi belə verginin yaranmasına səbəb olub»,-deyə maliyyə naziri əlavə edib.
Məsələ bundadır ki, Binance-yə məxsus olan WazirX şirkəti elan edib ki, 2021-ci ildə bu platformada kriptovalyutalarla əməliyyatların həcmi 2020-ci illə müqayisədə 1735% artaraq 43 milyaprd dollara çatıb.
Yeni verginin tutulması kriptovalyuta ilə əməliyyat aparanları əlavə xərcə salsa da, investorlar bunu müsbət xəbər sayırlar. Onların fikrincə, kriptovalyutalardan vergi tutulması barədə qərar hökumətin kriptovalyutaları rəsmi olaraq tanıması deməkdir və bundan sonra kriptovalyutaların qadağan ediləcəyindən narahat olmayaraq onlarla ticarət etmək olacaq.
Hindistan Mərkəzi Bankı da öz kriptovalyutasını buraxmağa hazırlaşır. Mərkəzi bank bunu bir neçə aydırki test edir və onun bank və pul sisteminə təsirini araşdırıb.
Eləcə də Hindistan, gələn maliyyə ilindən (aprelin 1-dən) etibarən rəqəmsal rupi də buraxacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.