28 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin də daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin tədavül müddəti 3 təqvim ili olan 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: Birjada Bravo üçün “Açılış Zəngi” mərasimi - KEÇİRİLDİ
FED.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 1,000 AZN (10.5%) və 1,052.4731 AZN (8.5%) olan 40 sifariş təqdim edilmib.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1,032.4225 AZN (9.25%), orta ölçülmüş qiyməti 1,039.9676 AZN (8.9658%) müəyyən edilib.
İstiqrazın illik faiz dərəcəsi 10.5 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 milyon 31 min manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil etdib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.