28 oktyabr Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Eləcə də bax: "Bravo"nun istiqrazlarının yerləşdirilməsi üzrə - HƏRRAC KEÇİRİLİB - FOTO
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 10 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü Paşa Kapital İnvestisiya Şirkəti QSC həyata keçirib.
Açılış mərasimində emitent tərəfindən “Azərbaycan Supermarket” MMC-nin baş icraçı direktoru Kevin Paul Landi, Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov, birja üzvü tərəfindən Paşa Kapital investisiya şirkətinin direktoru Ceyhun Hacıyev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev iştirak ediblər.
BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.