Böyük Britaniya Moskva birjasını tanınmış birja statusundan məhrum etmək niyyətindədir – bu, Rusiya Mərkəzi Bankının qeyri-rezidentlərin əməliyyatlarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır.
Eləcə də bax: Böyük Britaniya "Aznar"ın sahibinə sanksiya - TƏTBİQ ETDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, planlaşdırılan tədbirlər haqqında sənəd Böyük Britaniyanın Daxili Gəlir Xidmətinin saytında dərc olunub.
28 fevral 2022-ci il tarixində Rusiya Bankı brokerlərlə qeyri-rezidentlər adından qiymətli kağızların satışı üzrə əməliyyatlar həyata keçirməsinə müvəqqəti qadağa qoyub.
Britaniyanın Vergi İdarəsi bunu beynəlxalq standartların pozulması kimi qiymətləndirib. Buna görə də, yaxın iki həftə ərzində departament məsləhətləşmələr aparmağa hazırlaşır, yəni Moskva birjasının statusunun ləğv edilməsi planlaşdırılır.
Lakin hələki yekun qərar verilməyib. Moskva birjasının “tanınmış” statusunu itirməsi o deməkdir ki, gələcəkdə investorlar Rusiya birjasında qiymətli kağızların ticarəti zamanı Britaniyanın vergi güzəştlərindən istifadə edə bilməyəcəklər.