29 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnkişaf üçün maliyyə” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmib.
Eləcə də bax: «İnkişaf üçün maliyyə» BOKT-un istiqrazları buraxılacaq – Yüksək Gəlir, Şərtlər
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, 4 avqust 2022-ci il tarixində “İnkişaf üçün maliyyə” MMC -nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10 min ədəd, hər birininin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 12%, tədavül müddəti 2 il, kupon faizlərin ödəniş müddəti hər 30 gündən birdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC -dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.