İyulun 29-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT «İnkişaf üçün maliyyə» MMC -nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan FED.az-a verilən məlumata görə, istiqazlar BFB-da birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq.
Şərtlərə görə, buraxılış çərçivəsində hər birinin nominal qiyməti 100 AZN olan 10 min ədəd istiqraz satışa çıxarılacaq. İstiqrazlar 2 illik müddətə buraxılır, illik gəliri 12% təşkil edir, faizlər hər ay ödəniləcək.
Qeyd edək ki, Azərbaycanın aparıcı BOTK-larından sayılan «İnkişaf üçün maliyyə» MMC 2021-ci ili 276,3 min manat xalis mənfəətlə başa vurub.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC -dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2001024820 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
10,000 (ədəd) |
100 AZN |
12 % |
2 il |
Hər 30 gündə bir dəfə |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.