14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2065008685 ISIN-li, 40,000,000 manat həcmində, 9000 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
Bu barədə FED.az-a BFB-dən bildirilib.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 5 iyun 2047-ci ildir.
Qiymətli kağızın ISIN kodu | AZ2065008685 |
Emissiya həcmi | 40,000,000 manat |
Nominal qiyməti | 1,000 manat |
Hərrac qiyməti | 1,000 manat |
İstiqrazların tədavül müddəti | 9000 gün |
Faiz dərəcəsi | 3% |
Faiz gəlirinin ödəniş müddəti | 180 gündən bir (6 aydan bir) |
Anderrayter | “Unicapital İ.Ş” ASC |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.