10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verildi.
"International Leasing" ASC 1 milyon manat - BORCLANIR
FED.az xəbər verir ki, AZ2025021026 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25 aprel 2025-ci il tarixində başa çatdı. Lakin bu istiqrazlar “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.18 və 3.19-cu bəndlərinin tələblərinə cavab vermədiyindən listinqə qəbul edilmədi.
Faizli, təminatsız, sənədsiz və adlı formada buraxılmış istiqrazların ümumi sayı 250 ədəd olub. İstiqrazlar kütləvi və rəqabətli hərrac üsulu ilə ilkin olaraq hər biri 1,000 manat qiymətində təklif olunub. Beləliklə, buraxılışın ümumi həcmi 250,000 manat təşkil edib. İllik gəlirliliyi 15 faiz olan bu istiqrazlar üzrə ödənişlər ilk yerləşdirmə tarixindən etibarən hər 30 gündən bir, ildə 360 gün əsas götürülməklə həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 2 il olaraq müəyyən olunub.
Hərrac zamanı sifarişlərin ümumi nominal həcmi 250,000 manat təşkil edib. Təqdim olunan sifarişlərin minimal, maksimal və ehtimal olunan kəsmə qiyməti 1,000 manat səviyyəsində olub, ortaçəkili qiymət də eyni səviyyədə formalaşıb. Hərracda ümumilikdə 7 investor iştirak edib və 7 sifariş təqdim olunub. Bu yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.
İstiqrazlar üzrə daha detallı məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "International” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2025021026 |
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı |
250 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
250,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti |
2 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
250,000 manat |
Reallaşdırılmış həcm |
250,000 manat |
Minimal qiymət |
1,000.0000 (15%) manat |
Maksimal qiymət |
1,000.0000 (15%) manat |
Ehtimal olunan kəsmə qiymət* |
1,000.0000 (15%) manat |
Ortaçəkili qiymət |
1,000.0000 (15%) manat |
İnvestor sayı |
7 |
Sifariş sayı |
7 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.