6 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2009020804 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: BOKT “Kəpəz”in 14% gəlir vəd edən istiqrazlarının satılacağı tarix - AÇIQLANDI
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 14%, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 06.09.2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.