26 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: “Kəpəz” BOKT 1 milyon manatlıq istiqrazlar yerləşdirib - NƏTİCƏ
Birjadan FED.az-a daxil olmuş məlumata görə, 6 sentyabr 2022-ci il tarixində BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyiri 1000 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 48 ay, kupon faizlərin ödəniş müddəti 30 gündən birdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verdiyimiz kimi, 1 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2008020805 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Sifarişin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib. İstiqrazın illik faiz dərəcəsi 16%, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 01.09.2026-cı ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.