1 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2008020805 dövlət qeydiyyat nömrəli, 1,000,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: “Kəpəz” BOKT-un istiqrazları Bakı Fond Birjasında listinqə - DAXİL OLUB
FED.az xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 16%, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 01.09.2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.