19 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin AZ1001021026 dövlət qeydiyyat nömrəli 3 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
“Legion Financial”ın istiqrazlarına 8 investor 8 sifariş - TƏQDİM EDİB
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 3 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İndiyədək BOKT “İnternational” ASC-nin 5 milyon manat nizamnamə kapitalının 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. Səhmlərin yerləşdirilməsilə Təşkilatın nizamnamə kapitalı 8 milyon manata yüksəlir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.