7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında “BOKT “İnternational” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Eləcə də bax: Daha bir şirkət istiqraz buraxır – İLLİK 13%-LƏ - ŞƏRTLƏR
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, 2 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
OKT International QSC-nin faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 20 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi (gəlirlilik) 13%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 3 aydan birdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.