Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin ümumi dəyəri 3 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
«Partner Finance» ASC-nin istiqrazlarını – KİM ALACAQ? – HƏRRAC, ŞƏRTLƏR
BFB-dən FED.az-a bildirilib ki, adi adlı sənədsiz səhmlərin sayı 3 min ədəd, nominal dəyəri 1000 manatdır.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın reallaşacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.