Mayın 15-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Partner Finance” ASC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, 17 may tarixində isə birjada bu istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Şərtlərə görə, hərracda hər birinin məbləği 1000 manat olan 500 istiqraz satılacaq.
İstiqrazların müddəti 3 il, illik gəlirliyi 10% təşkil edir. İstiqrazlar üzrə faizlər ildə 1 dəfə ödəniləcək.
İlk baxışdan məlum olur ki, «Partner Finance» ASC-nin istiqrazlarının şərtləri o qədər də cəlbedici deyil – qiymətli kağızlar manatla illik cəmi 10% gəlirliliklə buraxılır (bank depozitləri bundan baha yüksəkdir), 3 illik müddəti var, faizlər isə ildə cəmi bir dəfə veriləcək.
Cəmi 8 milyon aktivi olan (maliyyə sektoru üçün olduqca kiçik subyektdir) şirkətin istiqrazlarına bu şərtlərlə yatırımı yalnız ən etibarlı və şirkətə yaxın investorlar edə bilər.
FED.az xatırladır ki, bəzi hallarda maliyyə qurumları öz təsisçiləri tərəfindən yatırımı birja vasitəsilə cəlb edirlər. Buna səbəb qiymətli kağızlar bazarı ilə bağlı qanunlara edilən dəyişikliklər və tətbiq edilən vergi güzəştləridir.
Belə ki, kütləvi yerləşdirmə (yəni Birja vasitəsilə) üsulu ilə satılan ismtiqrazlardan əldə edilən gəlirlər vergiyə cəlb edilmir – başqa hallarda 10% vergi ödənilməlidir.
Belə yenilik təsisçilərə imkan verir ki, öz şirkətlərinə pulu birja vasitəsilə yatırsınlar. Çünki bu halda istiqrazın gətirdiyi gəlirdən (bu buraxılış üçün ildə 50 min manat) vergi tutulmayacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Hərrac tarixi |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2005021962 |
Faizli, təminatsız sənədsiz adlı istiqrazlar |
500 (ədəd) |
1,000 manat
|
10 % |
3 təqvim ili |
17.05.2023 |
İldə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə) |