Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından olan BOKT «İnkişaf Üçün Maliyyə» MMC istiqraz buraxılışı çərçivəsində bütün istiqrazlarını yerləşdirib.
Eləcə də bax: Azərbaycanda ilk dəfə: İstiqraz buraxan şirkət - ƏMLAKLARINI GİROV QOYUR
FED.az xəbər verir ki, bu barədə şirkətin, emissiyanın nəticələri barədə hesabatında bildirilir. Hesabata əsasən BOKT «İnkişaf Üçün Maliyyə» MMC-nin ümumi məbləği 1 milyon manat olan istiqrazları tamamilə yerləşdirililib.
Xatırladaq ki, BOKT «İnkişaf Üçün Maliyyə» MMC-nin ümumilikdə 3 milyon manatlıq istiqrazının buraxılması nəzərdə tutulur. İstiqrazların müddəti 2 il, illik gəlirliyi 12% təşkil edir. Faizlər hər ay ödəniləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.