Ticarət sessiyası zamanı bitkoinin qiyməti 5 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 45 min dolları ötüb.
FED.az xəbər verir ki, bunu Coindesk platformasının məlumatları sübut edir.
Beləliklə, səhər saat 05:00-a olan məlumata görə, bitkoinin dəyəri 6,33% artaraq 45 173 dollar olub.Saat 05:00-a qədər bitkoin artmaqda davam edib və 45 374 dollar (+6,93%) olub.
Bitcoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “minalana” (verilə bilər). Bunun üçün yeni sistem blokları yaratmalısınız.
Beynəlxalq birjalarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satoshi Nakamoto təxəllüsü ilə onun müəllifi (bəlkə də müəlliflər qrupu) tərəfindən nəşr edilmişdir. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatdı. Bitcoin-in emissiyası təbii olaraq məhduddur; indi bitkoinlərin çoxu artıq “mədən edilmişdir”.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.