Bitkoin hərrac sessiyası zamanı 10,30 % artaraq 20,721 min dollara çatıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Bakı vaxtı ilə saat 05:30-da “Coindesk” saytında öz əksini tapıb.
Bakı vaxtı ilə saat 05:35-ə olan məlumata görə, bitkoinin məzənnəsi artmaqda davam edib və 20,793 min dollar (+10,84 %) səviyyəsində olub.
Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin üzvü olan istənilən istifadəçi tərəfindən emitasiya edilə bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto ləqəbi ilə onun müəllifi (ehtimal ki, müəlliflər qrupu) tərəfindən nəşr edilib. Bitkoinin emissiyası təbii olaraq məhduddur, hazırda bitkoinlərin çoxu artıq emitasiya edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.