Bu il dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti son 3 ildə ilk dəfə 57 min ABŞ dollarını keçdi, hazırda isə qiymət 56,2 min ABŞ dolları civarındadır.
Bitkoin kəskin bahalaşıb - SON QİYMƏT
Son nəticədə onun bazar kapitallaşması 1,1 trilyon ABŞ dollarına yüksəlib.
FED.az xəbər verir ki, kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev hesab edir ki, qiymətin birdən-birə xeyli yüksəlməsinin səbəbi bir sıra fondların və korporativ şirkətlərin bitkoinə investisiya qoyuluşunu kəskin artırmasıdır. Başqa sözlə, bazara nəzərəçarpacaq dərəcədə vəsaitin daxil olması bahalaşmaya stimul verib.
“Bu ilin aprel ayında “bitcoin halving” (kriptovalyuta şəbəkəsində yaradılan hər bloka görə mükafatın azalması) hadisəsi gözlənilir. Tarixi statistik məlumata əsasən, BTC-nin qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayıb və növbəti tarixi maksimuma yüksəlib. Daha bir səbəb, ABŞ Federal Ehtiyatlar Sisteminın (FED) uçot dərəcəsini vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntilərin artmasıdır”, - deyə o qeyd edib. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.