Hərrac sessiyasında Bitkoinin dəyəri 2021-ci ilin dekabrın 2-dən bəri ilk dəfə 56 min ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, bunu “Coindesk” ticarət platformasının məlumatları göstərir.
Belə ki, Bitkoinin dəyəri 9,68% artaraq 56,467 dollara yüksəlib.
Saat 06:33-ə olan vəziyyətə görə, baş kriptovalyutanın dəyəri artaraq 56142 dollar (+9,12%) səviyyəsində olub.
“Bitkoin” blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və istənilən istifadəçi - sistemin üzvü tərəfindən buraxıla bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmalısınız.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs tərəfindən nəşr edilib. “Bitkoin”in populyarlığının zirvəsi yalnız son illərdə qeyd olunur. “Bitkoin” tədarükü təbii olaraq məhduddur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.