Kriptovalyuta bazarı ötən həftənin sonnuda keçirilən şokdan özünə gəlir.
Eləcə də bax:İndi də «halal» bitkoin buraxıldı – CAIZCOIN KRİPTOVALYUTASI
FED.az xəbər verir ki, artıq əsas koinlərin qiyməti artmağa başlayıb, bəzi kriptovalyutalarda isə qiymət artımı iki rəqəmli ədədlərlə ölçülür.
Hərçənd əsas kriptovalyuta sayılan bitkoinin qiymətində artım cüzidir. Son bir sutkada bitkoin bir neçə dollar bahalaşaraq əsasən 55 min dollar ətrafında sabitləşib.
«Etherium»un sutkalıq bazhalaşiması 6,65%-dir. Bu koin bir gündə 150 dollar bahalaşaraq son günlərin enişini aradan qaldırıb.
Ripple də 8,5% bahalaşaraq 1,41 dolları keçib.
Ən komfortlu vəziyyətdə «Binanse Coin»in sahibləridir. Bu kriptovalyuta sutka ərzində 16% bahalaşaraq 588 dollar olub.
Bir gün əvvəl artım rekordları vuran Dogecoin isə əksinə – 20%-ə yaxın azalaraq 0,33 dollara düşüb. Hərçənd son həftədə bu koinin artımı 2-3 qat olub.
Yeri gəlmişkən, bu azalma nəticəsində «Dogecoin» bazar kapitalizasiyasına görə 5-ci yeri əldən verirək 6-cı yerə düşüb, onun yerini kriptovalyuta bazarının keçid valyutası sayılan Tether (usdt) tutub.