Kriptovalyuta bazarında qeyri-sabitlik dövrü davam etməkdədir.
FED.az xəbər verir ki, bazarın lideri Bitkoin ötən gün bir qədər də (1,3%) ucuzlaşaraq 55 min dollardan aşağı enib – indi qiymət 54,7-54,8 min dollar arasında dəyişir. Ümumilikdə son bir həftə ərzində bitkoin 13%-dən çox bahalaşır. Bəzi pronozlara görə, bitkoin qarşıdakı aylarda dəyərinin 50%-ni itirəcək.
Kriptobazarın yeni «fişka»sı olan «Dogekoin»da geriləməkdədir. Son bir sutkada «Dogekoin» ən daha 16% dəyər itirərək sutka ərzində ən çox ucuzlaşan koinə çevrilib.
Ümumiyyətlə bu koin maksimum qiymətə – 42 sentə olduğu aprelin 20-dən bəri 31% dəyər itirib. Ucuzlaşma nəticəsində «Dogekoin»in ümumi bazar dəyəri 37 milyard dollara düşüb və nəticədə Dogekoin bu göstəriciyə görə ümumi siyahıda 7-ci yerə enib.
Bazardakı enmə Ripple-ni də sarsıdıb, bu koin son sutkada 5,2% ucuzlaşaraq 1,33 dollara düşüb. Ümumilikdə son bir həftədə Ripple 24% dəyər itirib.
Bazarın sütunlarından olan «Binanse coin» də dəyəri itirir – son sutkada 4% ucazlaşma və 561 dollar. Amma bu qiymət bir həftə əvvəldən 2% artıqdır.
Hələlik iri koinlərdən yalnız Ethereum yaşıl zonada qala bilib. Son sutkada 8% bahalaşaraq 2500 dollara yaxınlaşıb. Bunula da Ethereum son bir həftəlik azalmanı tamamilə aradan qaldırıb.
Ümumilikdə son bir sutkada bazar həcmi ən böyük olan 100 koinin 29-da artım 71-də isə geriləmə baş verib.
Ən böyük artım Maker koində – 32,5% artaraq 4,72 dollara çatıb, bazar həcmi 2,74 milyard dollar - baş verib.
Digibyte isə 26% bahalaşaraq 0,165 sentə yüksəlib. Onun bazar dəyəri 2,3 milyard dollar təşkil edir.