ABŞ-ın bank sektorunda yaranan problemlr səbəbindən investorlar nəzərdərini kriptovalyutalara yönəldiblər və nəticədə bu sektorda qiymətlər sürətlə artmağa başlayıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, dünən martın 17-də bitkoinin qiyməti 2022-ci ilin iyununundan bəri ən yüksək həddə qalxıb, artım bu gün də davam edir.
Təkcə son bir həftədə bitkoinin qiyməti 35% artaraq 27,6 min dollarlıq həddi keçib. Son sutkada isə kriptovalyuta 6%-ə yaxın bahalaşıb.
Bitkoinlə yanaşı, başqa kriptovalyutalar da bahalaşır. Belə ki, Ethereum-un qiyməti son həftədə 24%, sutkada isə 5%-dən çox bahalaşaraq 1,8 min dolları keçib.
«Binance Chain» ekosistemini təmsil edən «BNB» atlkoini isə, son həftədə 23%, son sutkada isə 3% bahalaşaraq 344 dollara çatıb.
Xatırladaq ki, bu dəfə kriptovalyuta bazarında baş verən artım ABŞ və Avropada baş verən bank böhranı və investorların səhmlərə inamının azalması ilə bağlıdır.
Bir neçə gün əvvəl Silikon Vadisinin ən byöük bankı, ABŞ-ın is 16-cı böyük bankı sayılan «Silicon Valley Bank» (SVB) ın müflis olması investorları ehtiyatlı davranmağa və başqa alətlərə pul yatırmağa vadır edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür