Son bir həftə ərzində aparıcı kriptovalyutalar 5-dən 10%-ə qədər ucuzlaşıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, buna səbəb bazarda müsbət xəbərlərin olmaması və tənzimlənmənin sərtləşdirilməsidir.
Coinmarkecap.com saytının məlumatına görə, ötən həftə bitkoinin qiyməti 21,14 min dollara düşüb, bu, yanvarın 29-dan bəri ən aşağı səviyyədir. Bir qədər yuxarı korreksiya ilə belə, bir həftə əvvəldən 5,5% aşağı olaraq qalır. Digər valyutaların kotirovkaları - Binance Coin, Ripple, Cardano, Dogecoin, Solana - 5-10% ucuzlaşıb. Ümumiyyətlə, onlar yanvarın üçüncü ongünlüyünün minimumlarına yaxın ticarət edirlər.
Bazar ekspertləri bildiriri ki, kriptovalyuta bazarı demək olar ki, beş həftə ardıcıl böyüyüb. Ona görə də artım potensialının sonsuz olmasını gözləmək olmazdı. Bundan əlavə, investorlar mənfəət götürməyə başladılar, bu da bitkoinin ucuzlaşmasına səbəb oldu.
Bundan əlavə, hazırda bazarın inkişafı üçün müsbət ilkin şərtlər yoxdur. Söhbət kriptovalyuta mübadiləsi üçün p2p platformalarına nəzarətin gücləndirilməsi, LocalBitcoins-in bağlanması və digər problemlərdən gedir.
Analitiklər hesab edirlər ki, qlobal iqtisadiyyatda son bir ildə yığılıb qalmış problemlər hələ də həllini tapmayıb. Bütün bunlar ona gətirib çıxarır ki, bitkoin məzənnəsi uzun müddət bir yerdə qala bilməz. Ümumiyyətlə, 2023-cü ildə 27 000 dollara qədər daha bir neçə artım gözləmək olar, bundan sonra bitkoin 20 000 dollardan aşağı düşəcək.Eyni zamanda ilin ikinci yarısında müsbət dəyişikliklər baş verə bilər ki, burada bitkoinin məzənnəsi 35 000 dollara qədər yüksələ bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür